Meksikanın paytaxtı Mexikoda şiddətli yağış selin gəlməsinə səbəb olub.
Lent.azd xarici KİV-ə istinadən xəbər verir ki, fırtına ilə müşahidə edilən yağış bir sıra fəsadlara yol açıb.
Təbii fəlakət səbəbindən 5 nəfər həlak olub.
Hidrometeroloqlar narıncı hava xəbərdarlığı elan ediblər.
Bəzi ərazilərdə torpaq sürüşməsi də baş verib.
Ölənlərdən ikisi torpaq altında qalıb.
Alvaro Obregon bölgəsində 52-dən çox binaya ziyan dəyib.