Polşanın Dobrova Qurniça şəhərində keşişlər zəng edən şəxslə ziyafət təşkil ediblər.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, hadisə kilsəyə məxsus binada baş verib. Ruhanilər nəinki kişini dəvət ediblər, həm də "potensiyası artırmaq üçün həblər" alıblar.
Tədbir zamanı dəvətli naməlum səbəbdən huşunu itirib. Gecənin qonaqlarından biri təcili yardım çağırsa da, sonradan qalanları həkimləri əraziyə buraxmaqdan imtina ediblər. Mütəxəssislər polisə müraciət etməli olublar.
"Yalnız polisin müdaxiləsindən sonra ehtiyacı olan şəxsə tibbi yardım göstərilib", - məlumatda vuröulanır.
Hadisədən sonra prokurorluq araşdırmalara başlayıb.