Çeçenistan rəhbəri Ramzan Kadırov özünün Telegram kanalında rusları səfərbərlikdən qorxmamağa çağırıb.
Lent.az-ın xəbərinə görə Kadırov deyib: “Səfərbərlikdən qorxmayın. Silah tuta bilmirsinizsə, təminat bölüyünə çağırıla bilərsiniz. Onlar da döyüşçüdürlər. Onları da tərifləyirlər, hörmət edirlər”, - deyə respublika rəhbəri yazıb.
O, ruslara “Rusiya ordusunu biabırçı vəziyyətə salmaq istəyən heç bir qərbyönlü mediaya qulaq asmamağı” da tövsiyə edib.