İstanbulda böyük ƏMƏLİYYAT:  161 nəfər saxlanıldı
14 mart 2023 09:16 (UTC +04:00)

İstanbulda böyük ƏMƏLİYYAT: 161 nəfər saxlanıldı

0

Türkiyənin İstanbul şəhərində böyük əməliyyat başladılıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, bu barədə ölkənni daxili işlər naziri Süleyman Soylu bildirib.

Əməliyyatın kimlərə qarşı keçirilməsi və digər detallar barədə hələlik məlumat verilmir.

Nazirin sözlərinə görə, indiyədək 161 nəfər əməliyyat zamanı saxlanılıb.

***

İstanbulda keçirilən əməliyyatın detalları açıqlanıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, daxili işlər naziri Süleyman Soylu əməliyyatla bağlı açıqlama verib. O, açıqlamasında əmliyyatın narkotiklərin qanunsuz dövriyyəsinə qarşı aparıldığını qeyd edib:

"16 aydır Kökünü Qurutma əməliyyatımız davam edir. Əməliyyat üçün 900 personal səfərbər olub. Hədəfimiz 175 cinayətkar idi. Bu günədək onlardan 106-sı tutulmuşdu. Bu gün başlatdığımız 42-ci Kökünü Qurutma əməliyyatı ilə tutulanların sayı 161 nəfər oldu. Kokain satanlar kuryerlər imiş".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1969

Oxşar yazılar