Gürcüstan Rusiyaya avtomobil ixracını qadağan etdi
26 sentyabr 2023 05:56 (UTC +04:00)

Gürcüstan Rusiyaya avtomobil ixracını qadağan etdi

0


Gürcüstan hökuməti Avropa İttifaqından idxal edilən avtomobillərin Rusiyaya ixracına, təkrar ixracına və ya tranzitinə qadağa qoyub.

Lent.az-ın məlumatına görə, bu barədə Gürcüstanın Maliyyə Nazirliyi bildirib.
“Bəli, həqiqətən də, əvvəllər deyildiyi kimi, sentyabrın 26-dan Avropadan gətirilən avtomobillərin Rusiyaya ixracına, təkrar ixracına və ya tranzitinə qadağa tətbiq olunacaq”, - deyə nazirliyin mətbuat xidməti bildirib.

Söhbət mühərrikinin həcmi 1,9 litrdən çox olan avtomobillərdən, həmçinin hibrid avtomobillər və elektromobillərdən gedir.

Məhdudiyyətlər Avropa İttifaqının Rusiyaya qarşı qəbul etdiyi 11-ci sanksiyalar paketinə görə qüvvəyə minib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3284

Oxşar yazılar