2022-ci il fevralın 24-dən etibarən Çexiya məhkəmələri Ukraynaya qarşı müharibədə Rusiyaya dəstək verdiyinə görə doqquz vətəndaşı mühakimə edib.
Bu barədə Lent.az yerli “Česká televize” telekanalına istinadən xəbər verir.
Çexiyanın baş prokuroru İqor Strjij əlavə edib ki, Ukraynada müharibəyə dəstək verməklə bağlı daha 58 cinayət işi açılıb. 90 halda polis cinayət tərkibini yoxlayır.
Doqquz məhkumdan yalnız biri həqiqi həbs cəzası alıb. Bu, 2022-ci ilin sonunda sosial şəbəkələrdə ukraynalılarla bağlı açıqlamalarına görə 9 aylıq həbs cəzasına məhkum edilmiş fəal Patrik Tuşldur.
Digər hallarda təqsirləndirilənlər ya şərti cəza alıb, ya da cərimə ilə azad ediliblər.