Beynəlxalq Cinayət Məhkəməsinin qərarlarının Rusiya üçün heç bir əhəmiyyəti yoxdur, o cümlədən hüquqi nöqteyi nəzərindən.
Lent.az-ın məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Telegram kanalında yazıb.
"Beynəlxalq Cinayət Məhkəməsinin qərarlarının ölkəmiz üçün, o cümlədən hüquqi nöqteyi-nəzərdən heç bir mənası yoxdur. Rusiya Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunun iştirakçısı deyil və ona görə öhdəlik daşımır. Rusiya. bu qurumla əməkdaşlıq etmir. Beynəlxalq məhkəmədən gələn mümkün həbs “reseptləri” isə bizim üçün hüquqi cəhətdən etibarsız olacaq”, - deyə Rusiya XİN sözçüsü qeyd edib.