Avtomobil piyadaları vurdu - ölənlər var
14 mart 2023 04:46 (UTC +04:00)

Avtomobil piyadaları vurdu - ölənlər var

0

Kanadanın Kvebek ştatının Amki şəhərində sürücünün pikap avtomobilini piyadaların üzərinə sürməsi nəticəsində ən azı iki nəfər ölüb, 9 nəfər yaralanıb.

Lent.az xəbər verir ki, bu barədə yerli polisə istinadən CBC teleradio korporasiyası məlumat yayıb.

Bildirilib ki, zərərçəkənlərdən ikisinin vəziyyəti ağırdır.

Sürücü hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2517

Oxşar yazılar