ABŞ-ın Minnesota ştatının Minneapolis şəhərində gündə beş dəfə səsgücləndirici ilə açıq şəkildə azan oxunmasına icazə verilib.
Lent.az xarici mediaya istinadla bildirir ki, Minneapolis Şəhər Şurası yekdilliklə ölkə tarixində ilk dəfə böyük bir şəhərdə gündə beş dəfə namaz qılınmasına səs verib.
Parlament Ramazan ayında keçirilən səsvermə ilə şəhərin səs-küy tənzimləməsindəki, xüsusilə səhər və gecə azanının açıq şəkildə səslənməsinə mane olan müvafiq məhdudlaşdırıcı maddələri dəyişdirib.
Keçən il şəhər şurası açıq şəkildə azan oxunmasına icazə vermişdi, lakin səs-küy tənzimləməsindəki məhdudiyyətlərə görə səhər və axşam azanlarına icazə yox idi. Təxminən yarım milyon əhalisi olan Minneapolis şəhər şurasının 13 üzvündən üçü müsəlmandır.