ABŞ-ın bombardmançı təyyarəsi Baltik dənizi üzərində manevr etdi
12 mart 2023 08:01 (UTC +04:00)

ABŞ-ın bombardmançı təyyarəsi Baltik dənizi üzərində manevr etdi

0

ABŞ-ın nüvə silahı daşımağa qadir olan “Boeing B-52 Stratofortress” strateji bombardmançı təyyarəsi Bali dənizinin neytral suları üzərində xarakterli manevrlər edib.

Lent.az-ın məlumatına görə, bu barədə “Mash” Telegram kanalı məlumat yayıb. Ehtimal olunur ki, təyyarə Rusiya Federasiyası ərazisinə raket buraxılışını həyata keçirə bilər.
Bildirilir ki, təyyarə Polşadan havaya qalxıb, bundan sonra Rusiya ilə sərhədlərə çatmayaraq, Finlandiya körfəzi üzərində geri dönərək əks istiqamətə uçub. Hadisə martın 11-i axşam saatlarında baş verib.  
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1745

Oxşar yazılar