ABŞ-ın müdafiə naziri Lloyd Ostin amerikalı hərbçilər arasında intiharların sayının çox olmasından narahatlığını bildirib və Pentaqonun əsgərlərə psixoloji dəstəyin keyfiyyətini yaxşılaşdırmaqda israr edib.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, bu barədə idarənin saytında bildirilir.
“Biz öz sıralarımızda intiharların sayını azaltmaq üçün səylərimizi əsirgəməməliyik. İntihar nəticəsində hətta bir nəfərin də itkisi artıq həddən artıq çoxdur”, - Pentaqon rəhbəri deyib.
Nazirlik hazırkı hərbi qulluqçular arasında intihar hallarının artması ilə bağlı çaşqınlıq yaranıb. 2022-ci ilin oktyabrında Pentaqon intihar nisbətlərinin 2011-ci ildən bəri əhəmiyyətli dərəcədə artdığını qeyd edib. Belə ki, 2021-ci ildə 519 amerikalı hərbçi intihar edib. Lakin 2011-ci il üçün məlumat verilmədiyindən intiharların sayının nə qədər artdığı məlum deyil.