Ermənilər ABŞ-da türk restoranına hücum etdi
06 noyabr 2020 10:43 (UTC +04:00)

Ermənilər ABŞ-da türk restoranına hücum etdi

0

ABŞ-ın Kaliforniya ştatının Beverli Hillz şəhərində 8 ildir fəaliyyət göstərən “Cafe İstanbul” adlı türk restoranı ermənilərin hücumuna məruz qalıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, yerli vaxtla saat 21:00-da 7-8 nəfərlik qrup restorana girib stol və oturacaqları dağıdıb. Hücum əsnasında restoranda olan bir türk ailəsi arxa qapıdan qaçaraq xilas ola bilib.

Hadisə ilə bağlı açıqlama verən həmin türk deyib: “Təəssüf ki, gördüyünüz kimi, ermənilər tərəfindən hücuma məruz qaldıq. Ailəmlə oturduğumuz zaman 7-8 nəfər restorana daxil olub salonu dağıtmağa başladılar. Arxa tərəfdən evə doğru 50 metr qaçarkən 15-20 nəfərlik digər bir qrupla üzləşdik”.

Olaydan dərhal sonra hadisə yerinə gələn Türkiyənin Los-Angelesdəki baş konsolu Can Oğuz, hadisəni polisin nəzarətə götüdüyünü, “nifrət” cinayəti üzrə araşdırma aparılacağını bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1058

Oxşar yazılar