Bilmədən oğlunun ölüm xəbərini verdi - Jurnalistin dramı
01 noyabr 2020 11:00 (UTC +04:00)

Bilmədən oğlunun ölüm xəbərini verdi - Jurnalistin dramı

0

Egey dənizindəki zəlzələnin zərər verdiyi Sisam adasında jurnalist Aleksis Komnikos hadisə nəticəsində iki gəncin öldüyünü öyrənib. Heç bilməzdi ki...  

Lent.az xarici mediaya istinadla xəbər verir ki, yunan jurlanist Aleksis Komnikos yeni informasiyalar əldə etmək üçün zəlzələ baş verən bölgədə xidmət aparırdı. Bu zaman o, paytaxt Afinaya, Salonikə zəng vuraraq yeni xəbərlər ötürürdü. Zənglərin birində isə “zəlzələ nəticəsində hələ ki, kimliyini bilmədiyim iki gənc ölüb” deyə, məlumat verib.

Komnikosa gələn növbəti zəng xəstəxanadan olub və zəlzələdə ölənlər arasında oğlu Arisin və onun sevgilisinin də olduğu bildirilib. Lakin jurnalist bu xəbəri yerli qəzet və saytlara verə bilməyib.

Qeyd edək ki, dünən gecə Sisam adasında baş verən zəlzələdə 2 nəfər ölüb, 19 nəfər yaralanıb. Həmin iki gənc isə dərsdən qayıdarkən zəlzələ zamanı dağılan divarların altında qalaraq ölüblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1270

Oxşar yazılar