Rusiyanın Lipetsk şəhərində sükan arxasına keçən 9 yaşlı oğlan həmyaşıdını vurub.
Lent.az yerli mediaya istinadən xəbər verir ki, hadisə aprelin 11-nə keçən gecə baş verib. Zərərçəkmiş təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya çatdırılıb. Həkimlər uşağa çanaq və aşağı ətrafların çoxsaylı əzilməsi, hematoma və sıyrıqlar diaqnozu qoyublar.
Valideynlərin sözlərinə görə, uşağı evin həyətində “Kia Rio” markalı avtomobil vurub. Onlar bildirib ki, doqquz yaşlı uşaq sükan arxasına keçib, pedalları basmağa başlayıb. Avtomobil yamacdan aşıb və onun arxasında olan uşağı əzib, uşağı xilasedicilər maşının altından çıxarıblar.
Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisənin başvermə şəraitini araşdırır. Həmçinin, hadisənin 9 yaşlı oğlanı sükan arxasına keçirən sərxoş qadın tərəfindən törədilə biləcəyi ehtimal edilir.