2,5 ton uran yoxa çıxdı
16 mart 2023 02:23 (UTC +04:00)

2,5 ton uran yoxa çıxdı

0

Beynəlxalq Atom Enerjisi Agentliyinin (AEBA) müfəttişləri Liviya poliqonundan 2,5 tona yaxın uranın yoxa çıxmasını aşkar ediblər.

Lent.az-ın xəbərinə görə, bu barədə “Reuters” təşkilatın baş direktoru Rafael Qrossinin bəyanatına istinadən məlumat yayıb.
AEBA rəhbərinin sözlərinə görə, çərşənbə axşamı müfəttişlər Liviyaya görə orada olması lazım olan uran konsentratı şəklində təxminən 2,5 ton təbii uran olan 10 çəlləyinin itdiyini müəyyən ediblər.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2049

Oxşar yazılar