Qırğızıstanda ölənlərin sayı 191 nəfərə çatdı
17 iyun 2010 15:00 (UTC +04:00)

Qırğızıstanda ölənlərin sayı 191 nəfərə çatdı

0
1971 nəfər yaralanıb, 45 min nəfər Özbəkistanda qaçqın düşərgələrinə yerləşdirilib

Qırğızıstanın cənub əyalətlərində qırğızlarla özbəklər arasında baş verən qarşıdurmada ölənlərin sayı 191 nəfərə çatıb.

Lent.az-ın “Ria Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, Qırğızıstanın Səhiyyə Nazirliyi 1971 nəfərin yaralandığını, hazırda 957 nəfərin xəstəxanalara yerləşdirildiyini açıqlayıb.

Oş şəhərində və Calal-Abad vilayətində komendant saatı tətbiq olunub. Özbəkistanın Qırğızıstanla sərhəddə yerləşən Əndican rayonunda bu ölkəyə gələn qaçqınlar üçün 30 düşərgə salınıb. Son 3 gündə Qırğızıstandan Özbəkistana 45 min özbək gəlib. Qaçqınların 60 faizi qadındır.

Bu arada ABŞ Qırğızıstana humanitar yardım qismində 32 milyon dollar ayırıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 656

Oxşar yazılar