Xaçmazda maşın qatarla  toqquşdu, sürücü öldü - YENİLƏNİB
05 fevral 2026 13:45 (UTC +04:00)

Xaçmazda maşın qatarla toqquşdu, sürücü öldü - YENİLƏNİB

0

Bu gün saat 09:45-də Xaçmaz-Qusarçay sahəsində minik avtomobili dəmiryol keçidindən keçid qaydalarını pozaraq hərəkətdə olan teplovozun qarşısına çıxıb.

"Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətindən Lent.az-a bildirilib ki, maşinist tərəfindən təcili tormozlama aparılsa da, məsafə az olduğundan toqquşma qaçılmaz olub. Minik avtomobilinin sürücüsü xəstəxanaya aparılıb.

Hadisə nəticəsində dəmiryol infrastrukturuna zərər dəyib. Faktla bağlı araşdırma aparılır.

"ADY nəqliyyat vasitələri sürücülərini “Yol hərəkəti haqqında” qanunun 44-cü maddəsinin tələblərinə ciddi riayət etməyə, dəmir yolu keçidlərinə yaxınlaşarkən sürət həddini aşağı salmağa, yüksək sayıqlıq göstərməyə və keçidin qatardan boş olduğuna tam əmin olduqdan sonra hərəkətlərini davam etdirməyə çağırır.

***
12:25

Xaçmaz rayonunun Nərəcan kəndində dəmir yolu keçidində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az APA-ya istinadla xəbər verir ki, qatar dəmir yolu keçidini keçən "VAZ" markalı minik avtomobilini vurub. Nəticədə avtomobilin sürücüsü, Xaçmaz rayonunun Ağtala kənd sakini 22 yaşlı Səid Çələbiyev hadisə yerində ölüb.

Faktla bağlı raşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 631

Oxşar yazılar