Sumqayıt məktəbində DAVA  - Şagird xəstəxanalıq oldu
06 fevral 2026 10:30 (UTC +04:00)

Sumqayıt məktəbində DAVA - Şagird xəstəxanalıq oldu

0

Dünən Sumqayıt məktəbində insident baş verib.

Lent.az Sumqayit24-ə istinadla xəbər verir ki, hadisə 33 nömrəli tam orta məktəbdə qeydə alınıb.

14 yaşlı H.B. sinif yoldaşı tərəfindən döyülüb.

Məsələ ilə bağlı Sumqayıt Tibb Mərkəzindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, dəqiqləşdirilməmiş kəllə-beyin travması diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib:

"Dünən saat 12:30-də 14 yaşlı oğlan Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasına hospitalizasiya olunub. Hazırda həkim müşahidəsi altında müalicəsi davam etdirilir, vəziyyəti stabildir".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 344

Oxşar yazılar