Səfərbərlikdən qayıdanların müraciətlərinə baxacaq komissiya fəaliyyətə başladı
11 yanvar 2021 16:59 (UTC +04:00)

Səfərbərlikdən qayıdanların müraciətlərinə baxacaq komissiya fəaliyyətə başladı

0

Müdafiə nazirinin müvafiq əmrinə əsasən Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində səfərbərlikdən tərxis edilmiş şəxslərin qəbulunun keçirilməsi, onların müraciətlərinə vaxtında və obyektiv baxılmasının təmin edilməsi məqsədilə yaradılan komissiya yanvarın 11-dən fəaliyyətə başlayıb.

Müdafiə Nazirliyindən Lent.az-a verilən məlumata görə, komissiya vətəndaşlar tərəfindən daxil olan müraciətlərin obyektiv və vaxtında araşdırması, həmçinin  həll olunması istiqamətində zəruri tədbirlər görəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2335

Oxşar yazılar