Bu rayonlara səfər etməkdən çəkinin! - Yol Polisindən ÇAĞIRIŞ
02 yanvar 2026 13:41 (UTC +04:00)

Bu rayonlara səfər etməkdən çəkinin! - Yol Polisindən ÇAĞIRIŞ

0

Hazırda ölkənin bir sıra bölgələrində müşahidə olunan qar yağışı və şaxtalı hava şəraiti avtomobil yollarında hərəkəti xeyli çətinləşdirir.

Baş Dövlət Yol Polisi İdarəsindən Lent.az-a bildirilib ki, sürüşkən yol örtüyü, məhdud görünüş məsafəsi və qəfil hava dəyişiklikləri yol-nəqliyyat hadisələri riskini artırır. Təhlillər göstərir ki, qarlı hava şəraitində baş verən qəzaların əsas səbəblərindən biri mövsümə uyğun olmayan və aşınmış şinlərdən istifadədir.

Baş DYPİ bu səbəbdən sürücülərdən xahiş edir:
    •    Zərurət olmadıqca uzunməsafəli və dağlıq ərazilərə səfərlərdən çəkinin;
    •    Nəqliyyat vasitələrinin texniki sazlığını, xüsusilə şinlərin qış mövsümünə uyğunluğunu, diş dərinliyini və təzyiqini mütləq yoxlayın;
    •    Qarlı və sürüşkən yollarda adi şinlərlə deyil, qış şinləri ilə hərəkət edin;
    •    Sürət həddini yol və hava şəraitinə uyğun seçin, təhlükəsiz məsafəni qoruyun;
    •    Yorğun və yuxusuz halda sükan arxasına əyləşməyin.

Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları bölgələrdə gücləndirilmiş rejimdə xidmət aparır, təhlükəli yol sahələrində nəzarət və sürücülərlə izahedici söhbətlər davam etdirilir.

Unutmayaq: Qarlı havada düzgün şin seçimi sükan arxasında təhlükəsizliyin əsas şərtidir.

Yollarda diqqətli olaq, təhlükəsizliyə birlikdə töhfə verək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2030

Oxşar yazılar