Bəzi insanlar yaşlandıqca  daha mehriban, digərləri daha sərt  olurlar - SƏBƏBİ
06 may 2026 14:21 (UTC +04:00)

Bəzi insanlar yaşlandıqca daha mehriban, digərləri daha sərt olurlar - SƏBƏBİ

0

Psixoloqlar insanların həyat təcrübəsini necə qəbul etdiyini araşdıraraq maraqlı nəticəyə gəliblər. Məlum olub ki, yaş artdıqca insanların daha mehriban və ya daha sərt olmasının əsas səbəbi onların xarakteri deyil, keçmişdə yaşadıqları itkiləri necə dəyərləndirməsidir.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, mütəxəssislərin fikrincə, insanlar yaşlandıqca başqalarının problemlərinə fərqli yanaşır. Bəziləri daha açıq olur və kömək etməyə meyllənir, digərləri isə daha qapalı və məsafəli davranır.

Stanford Universitetinin uzunmüddətli araşdırmasına görə, yaşlı insanlar ümumilikdə başqalarına yardım etməyə daha çox hazır olurlar. Lakin digər elmi tədqiqatlar göstərir ki, bəzi insanlar yaş artdıqca daha qapalı olur və hər şeyi nəzarətdə saxlamağa çalışır. Əvvəllər bunun səbəbinin insanların həyatlarında yaşadıqları itkilərin miqyası olduğu düşünülürdü, amma yeni nəticələr bunu təsdiqləmir.

Alimlər bildirir ki, əsas fərq itkilərin necə qəbul edilməsindədir. Əgər insan yaşadığı itkiləri onu zəiflədən və məhdudlaşdıran bir faktor kimi görürsə, o zaman həyatını daha çox nəzarətdə saxlamağa çalışır. Bu isə onun daha sərt, qapalı və ehtiyatlı davranmasına səbəb olur.

Əksinə, itkiləri dəyişiklik və inkişaf üçün fürsət kimi qəbul edən insanlar daha açıq olur, yeni təcrübələrə daha asan uyğunlaşır və daha səxavətli davranırlar.

Maraqlıdır ki, iki insan eyni və ya oxşar çətinlikləri yaşasa belə, nəticədə tam fərqli insanlara çevrilə bilər. Bu fərqin əsas səbəbi hadisələrin özü deyil, onlara verilən mənadır.

Tədqiqatçılar “nəzarət paradoksu” adlanan anlayışa da diqqət çəkirlər. Adətən insanlar düşünür ki, hər şeyi nəzarətdə saxlamaq onları daha güvənli hiss etdirəcək. Lakin həddindən artıq nəzarət istəyi əks təsir yarada bilər. Bu, sosial əlaqələrin zəifləməsinə və həyat keyfiyyətinin aşağı düşməsinə səbəb ola bilər.

Eyni zamanda Sinqapur Milli Universitetinin araşdırmaları göstərir ki, ümumilikdə insanlar yaşlandıqca daha səxavətli olurlar. Bunun səbəbi isə onların həyat təcrübəsini məhdud bir resurs kimi deyil, bilik və anlayış mənbəyi kimi qəbul etmələridir.

Digər psixoloji müşahidələrə görə, bəzi böyüklər valideynlərindən uzaqlaşır, çünki uşaqlıqda gördükləri münasibət modelini təkrarlayırlar. Həmçinin, 13-18 yaş arasında dinlənilən musiqilər yaddaşa daha güclü həkk olunur və insan həyat boyu həmin mahnıları daha yaxşı xatırlayır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 48

Oxşar yazılar