Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Gənclər Təşkilatınına yeni sədr seçilib. Partiyadan Lent.az-a verilən məlumata görə, konfransda təşkilatın şöbələrindən seçilmiş 126 nümayəndədən 104 nəfər, N!DA Vətəndaş Hərəkatı, Azad Gənclik Təşkilatı, Müsavat və Ümid partiyalarından, 125-lər klubundan qonaqlar iştirak ediblər.
Seçkilər nəticəsində səslərin 60 faizi alan Amal Nəzərli Gənclər Təşkilatına sədr, 19 nəfərdən ibarət Məclis və 3 nəfərlik Nəzarət Təftiş Komisiyyası seçilib.