Sarkisyan Aİ-nin xüsusi nümayəndəsi ilə Qarabağı müzakirə etdi
11 may 2016 00:36 (UTC +04:00)

Sarkisyan Aİ-nin xüsusi nümayəndəsi ilə Qarabağı müzakirə etdi

0

Ermənistan prezidenti Serj Sarkisyan Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Gerbert Zalber ilə İrəvanda keçirdiyi görüşdə Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyəti müzakirə edib.  

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Ermənistan prezidentinin mətbuat xidmətinin məlumatına əsasən, görüşdə atəşkəs rejiminin pozulması hallarının araşdırılmasının və etimadın möhkəmləndirilməsi üzrə tədbirlərin görülməsinin vacibliyi qeyd olunub.

 

Tərəflər qeyd ediblər ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına alternativ yoxdur. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 309

Oxşar yazılar