Roma Papası Fransisk prezident İlham Əliyevə 28 May – Respublika günü ilə əlaqədar təbrik məktubu ünvanlayıb.
Lent.az-ın president.az-a istinadən məlumatına görə, təbrik məktubunda deyilir:
"Zati-aliləri,
Azərbaycanın milli bayramı – 28 May Respublika Günü münasibətilə Sizə və xalqınıza səmimi təbriklərimi çatdırmaqdan məmnunam. Qadir Allah ölkənizin hər bir vətəndaşının xoşbəxtlik və sülh içərisində yaşamasına yönəlmiş səylərinizin həyata keçməsinə kömək etsin. Uca Yaradandan Zati-alinizə və bütün Azərbaycan xalqına bol-bol xeyir-dua diləyirəm".