<span style="color:red;">Deputat:   “Eurovision” rəhbərliyi beynəlxalq hüquqa zidd hərəkət etdi"
16 may 2016 11:05 (UTC +04:00)

Deputat: “Eurovision” rəhbərliyi beynəlxalq hüquqa zidd hərəkət etdi"

0

 

“Hər birimiz Avropa Yayım Birliyinə və “Eurovision” Mahnı Müsabiqəsinin rəhbərliyinə etirazımızı bildirməliyik”.

 

Lent.az-ın məlumatına görə, bunu millət vəkili Qənirə Paşayeva Türkiyənın Malatya vilayətində 5-ci Anadolu Kitab Fuarı çərçivəsində keçirilən konfransda çıxışında deyib.

 “Eurovision 2016” Mahnı Müsabiqəsinin birinci yarımfinalında Ermənistan tərəfinin yol verdiyi bayraq təxribatından və Azərbaycanın bununla bağlı Avropa Yayım Birliyinə və “Eurovision” Mahnı Müsabiqəsinin rəhbərliyinə müraciətindən söz açan millət vəkili  buna baxmayaraq qurumun beynəlxalq hüquqa zidd hərəkət edən Ermənistanı cəzalandırmamasına ciddi etiraz edərək, “ Biz Ermənistanın bu təxribatlarının cəzasız qalmaması üçün Avropa Yayım Birliyinə və “Eurovision” Mahnı Müsabiqəsinin rəhbərliyinə öz etirazımızı davamlı olaraq göndərməliyik və bu məsələdə bütün gənclərimiz fəal olmalıdırlar. Biz harada törətmələrindən asılı olmayaraq Ermənistanın bu cür təxribatlarına ciddi cavab verməliyik”, - deyib.

 

Bu gün Türk dünyasının müxtəlif bölgələrində türk kökənli insanların yaşadığı problemlərdən danışan Q.Paşayeva bildirib ki, bir türk xalqının problemi bütün türk xalqlarının ortaq problemidir: “ Ona görə də Türk dünyasıyla bağlı məsələlərdə bir-birimizə hər zaman dəstək olmalıyıq. Türk gəncliyi işğal altında olan Azərbaycan torpaqları ilə bağlı məsələlərdə hər zaman daha da duyarlı olmalıdır”.

 

Tədbirin sonunda millət vəkili Q.Paşayeva tədbir iştirakçılarına araşdırmaçı-yazar İmdat Avşarla birlikdə hazırladıqları “Karabağ hikayeleri” kitabını və Mətanət A şirkəti tərəfinin dəstəyi ilə Qarabağ həqiqətlərinə dair hazırlanmış materialları hədiyyə edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 395

Oxşar yazılar