Prezident İlham Əliyev “Azərbaycan Respublikası Elmlər Akademiyasının statusu haqqında” Azərbaycan Respublikası Prezidentinin 1991-ci il 15 may tarixli 210 nömrəli Fərmanının ləğv edilməsi barədə Fərman imzalayıb.
Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, Fərmana əsasən, “Azərbaycan Milli Elmlər Akademiyasının Nizamnaməsi”nin təsdiqi və “Azərbaycan Milli Elmlər Akademiyasının Nizamnaməsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 yanvar tarixli 837 nömrəli Fərmanının ləğvi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 dekabr tarixli 386 nömrəli Fərmanına uyğun olaraq “Azərbaycan Respublikası Elmlər Akademiyasının statusu haqqında” Azərbaycan Respublikası Prezidentinin 1991-ci il 15 may tarixli 210 nömrəli Fərmanı (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1991, № 9-10, maddə 174) ləğv edilib.
Qeyd edək ki, “Azərbaycan Respublikası Elmlər Akademiyasının statusu haqqında” Azərbaycan Respublikası Prezidentinin 1991-ci il 15 may tarixli 210 nömrəli Fərmana görə, Elmlər Akademiyası SSRİ qanunları, Azərbaycan Respublikasının qanunları və Azərbaycan Respublikası Elmlər Akademiyasının Nizamnaməsi əsasında fəaliyyət göstərən respublika özünüidarə təşkilatı hesab edilirdi.
Nazirlər Kabinetinə isə Elmlər Akademiyasının yeni fəaliyyət şərtlərinə keçməsi ilə bağlı tədbirlər kompleksini üç ay müddətində hazırlamaq tapşırılmışdı.