Prezident israilli həmkarını təbrik edib
11 may 2016 18:26 (UTC +04:00)

Prezident israilli həmkarını təbrik edib

0

Prezident İlham Əliyev İsrail Dövlətinin Prezidenti  Reuven Rivlinə israilin müstəqillik günü münasibətilə təbrik edib.

Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, təbrikdə belə deyilir:

 

Hörmətli cənab Prezident,

İsrail Dövlətinin milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

İnanıram ki, ölkələrimiz arasında daim genişlənən dostluq və əməkdaşlıq münasibətləri bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost İsrail xalqına sülh və rifah diləyirəm.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 359

Oxşar yazılar