Prezident İlham Əliyev Kamerun Prezidenti Pol Biyaya Kamerunun milli bayramı münasibətilə təbrik məktubu ünvanlayıb.
Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, təbrik məktubunda belə deyilir:
Hörmətli cənab Prezident,
Kamerun Respublikasının milli bayramı münasibətilə Sizə və xalqınıza ən səmimi təbriklərimi yetirirəm.
Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Kamerun xalqına sülh və tərəqqi arzulayıram.