İlham Əliyevdən fransalı və misirli həmkarlarına BAŞSAĞLIĞI
19 may 2016 16:30 (UTC +04:00)

İlham Əliyevdən fransalı və misirli həmkarlarına BAŞSAĞLIĞI

0

Azərbaycan prezidenti İlham Əliyev fransalı həmkarı Fransua Ollandaya başsağlığı verib.

Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, başsağlığında deyilir:

“Parisdən Qahirəyə uçan sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həmvətənlərinizin həlak olması xəbərini kədər hissi ilə qarşıladım.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.”.

 

Prezident həmçinin təyyarə qəzası ilə bağlı Misir Ərəb Respublikasının Prezidenti  Əbdülfəttah əs-Sisiyə də başsağlığı verib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 400

Oxşar yazılar