Xarici işlər naziri Elmar Məmmədyarov mayın 21-i Qətərə səfər edəcək.
XİN-in mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, nazir səfər çərçivəsində Doha şəhərində keçiriləcək 16-cı Doha Qlobal Forumunda iştirak edəcək.
Forum çərçivəsində nazir Elmar Məmmədyarovun “Beynəlxalq və regional status-kvo və çağırışlarla üzləşməyin vasitələri” adlı plenar sessiyada çıxışı nəzərdə tutulub.