Elmar Məmmədyarov makedoniyalı həmkarı ilə görüşüb
22 may 2016 10:22 (UTC +04:00)

Elmar Məmmədyarov makedoniyalı həmkarı ilə görüşüb

0

Xarici işlər naziri Elmar Məmmədyarov 16-cı Doha Qlobal Forumu çərçivəsində BMT Baş Assambleyasının 62-ci sessiyasının prezidenti, Makedoniya Respublikasının keçmiş xarici işlər naziri Srqan Kərim ilə görüşüb.

 

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, görüşdə Azərbaycanın BMT ilə əməkdaşlığının hazırkı vəziyyəti və inkişaf perspektivləri, eləcə də Azərbaycan-Makedoniya ikitərəfli münasibətləri müzakirə edilib.

 

Eyni zamanda qarşılıqlı maraq kəsb edən beynəlxalq və regional məsələlərə dair fikir mübadiləsi aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 323

Oxşar yazılar