<span style="color:red;">Alman deputat:  "Qarabağ Ermənistan hərbi birləşmələri tərəfindən işğal edilib"
17 may 2016 17:44 (UTC +04:00)

Alman deputat: "Qarabağ Ermənistan hərbi birləşmələri tərəfindən işğal edilib"

0

 

Almaniya Bundestaqının CDU partiyasından olan deputatı, Almaniya-Cənubi Qafqaz parlament işçi qrupunun üzvü Karl Georq Vellmann “TV BERLİN” televiziya kanalının “Bundestaqdan” adlı verilişinə verdiyi müsahibədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesindən, Almaniya-Azərbaycan münasibətlərinin gələcək inkişafından, Avropanın enerji təhlükəsizliyinin təminatı məsələsində Azərbaycanın artan rolundan bəhs edib.

 

Avropa Azərbaycan Cəmiyyətindən Lent.az-a verilən məlumata görə,  Karl Georq Vellman bildirib ki, o, Almaniya-Ukrayna Parlamentlərarası Dostluq Qrupun sədri, eyni zamanda Almaniya-Rusiya, Almaniya-Belarus və Cənubu Qafqaz üzrə dostluq qruplarının fəal üzvüdür. Millət vəkili Almaniya Federativ Respublikasının keçmiş Sovetlər Birliyi ölkələri ilə dostluq və tərəfdaşlıq münasibətlərinin inkişafında, onların müstəqilliyinin möhkəmlənməsində, regionda sabitliyin davamlı olmasında və keçmiş metropoliyadan asılılığının azalmasında maraqlı olduğunu diqqətə “Bəzi postsovet ölkələrdə, xüsusilə Azərbaycanda bizim enerji maraqlarımız var. Onlar zəngin neft və qaz ehtiyatlarına malik ölkələrdir.

 

Almaniya karbohidrogenlərin ixracı üzrə dünya lideridir. Bizim böyük həcmli enerji resurslarına tələbatımız var. Yalnız istilik naminə deyil, həmçinin, sənayemizin dinamik inkişafı üçün də lazımdır. Məhz bu səbəbə postsovet respublikaları ilə əməkdaşlıq əlaqələrinin konstruktiv məcrada inkişaf etməsi bizim üçün böyük önəm daşıyır”- deyə Vellman vurğulayıb Aparıcının Qafqazda yerləşən post-sovet ölkələrində dini vəziyyətlə əlaqədar sualına cavab olaraq Velman bildirib ki, Azərbaycan rəhbərliyi bu məsələyə çox diqqətlə yanaşır: “Azərbaycan əhalisinin böyük əksəriyyəti islam dininə etiqad edir. Müasir Azərbaycan dünyavi və qədim multikultural ənənələri olan ölkədir. Orada bütün dinlər azaddır. Hətta böyük sayda olan yəhudi icmasının üzvləri azad şəkildə öz dinlərinə etiqad edirlər. Ölkə daxilində sərbəst hərəkət edirlər, karyera artımı üçün heç bir əngəl yoxdur və sahibkarlıqla məşğul olurlar. Bu, ilk növbədə bizim marağımızdadır ki, orada hökm sürən sabit vəziyyət davamlı olsun. Azərbaycanda sabitliyin hökm sürməsi Almaniyaya bu ölkə ilə yaxşı münasibətlər qurmaq üçün yeni imkanlar açır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixinə ekskurs edən, həll prosesinin mümkün perspektivlərinə toxunan Bundestaq üzvü məlumat verib ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsi Ermənistan hərbi birləşmələri tərəfindən işğal edilib. Beynəlxalq hüquqa əsasən bu Azərbaycanın bir hissəsidir.

 

Ötən əsrin 90-cı illərində orada baş qaldırmış separatizm hərəkatı hərbi münaqişə ilə nəticələnərək Azərbaycanın 20 faizə yaxın ərazisi Ermənistan tərəfindən işğal edilmişdir. Beynəlxalq ictimaiyyətin bütün səylərinə rəğmən, ən əsası isə münaqişənin sülh yolu ilə həlli məqsədilə vasitəçilik missiyasını öz boynuna götürən ATƏT-in Minsk qrupunun diplomatik fəaliyyəti uğursuz olub.

 

Nəticə etbarilə günahsız insanların qanı tökülməkdə davam edir. Karl Vellmann hesab edir ki, lokal hərbi toqquşmaların genişmiqyaslı müharibəyə çevrilməməsi üçün hər zaman orta məxrəcə gəlmək olar. Təbii ki, ilk növbədə işğal olunmuş ərazilərdən Ermənistan qoşunlarını geri çəkməli və bu addım dalana dirənmiş sülh prosesində tərəqqinin baş verməsinə təkan verə bilər.

 

O, sülhməramlı qüvvələrin bölgəyə göndərilməsi məsələsinə də nəzərdən keçirilməsini mümkün həll variantlardan biri olduğunu vurğulayıb. Regionun geosiyasi əhəmiyyəti və imkanlarından bəhs edən siyasətçi vurğulamışdır ki, Xəzər dənizinin o biri sahilində Türkmənistandan başlayaraq Azərbaycan, Gürcüstan və Türkiyənin enerji resursları, yüngül sənaye, tranzit imkanlar və aqrar sektorda geniş imkanlara malik olan bu ölkələr birgə siyasi xətt yürütsələr, bu halda onlar daha Rusiyadan asılı olmayacaqlar. Üstəlik, bu ölkələrin mənsub olduqları region dünyanın geosiyasi cəhətdən çəkisi ağır olan və iqtisadiyyatı daim artım templə inkişaf edən statusa sahib çıxa bilər.

 

“Nəyə görə biz almanlar Almaniyaya pənah gətirən 800 min qaçqının aqibətini daim diqqət mərkəzində saxlayırıq, lakin, elə o qədər də qaçqın və məcburi köçkün Azərbaycanda məskunlaşıb. Görünən odur ki, bu məsələ dünyada heç kəsi narahat etmir” jurnalistin iradına Mark Velmannın cavabı belə olub:

 

“Mən sizin iradınızı haqlı sayıram. Azərbaycan böyük qaçqın və məcburi köçkün ordusuna sığınacaq verməklə, regionda böyük humanitar böhranın baş verməməsi üçün əlindən gələni edib. Demək olar ki, təkbaşına onların bütün problemlərinin həlli işini öz üzərinə götürərək heç bir ölkədən yardım istəmədi. Fikrimcə, məcburi köçkünlərin üzləşdiyi problemlər girdabından qurtulmağın yeganə çıxış yolu onların doğma yurdlarına qayıtması ola bilər. Bu mənada ATƏT-in Minsk qrupunun üzərinə böyük bir iş düşür. Artıq bütün dünya Minsk qrupundan konkret nəticələr gözləyir. Sadə dillə desək, indiyə qədər o heç nəyə nail olmayıb və ona bəslənilən ümidlər özünü doğrultmayıb”.

 

O, daha sonra vurğulayıb ki, ABŞ, Fransa, və Rusiyanın həmsədr olduqları Minsk Qrupunun icra mexanizmləri yoxdur. Onlar qəbul etdikləri qərarları həyata keçirməkdə çətinik çəkirlər. Bəzən elə təəssürat yaranır ki, Ermənistan Azərbaycanla konstruktiv danışıqlar aparmaqdan boyun qaçırır. Ümumiyyətlə, bu ölkənin siyasi rəhbərliyi buna hazır deyil.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 450

Oxşar yazılar