Avstriya Respublikasının Federal Prezidenti Haynts Fişe prezident İlham Əliyevi 28 May - Respublika günü ilə bağlı təbrik edib.
Lent.az-ın president.az-a istinadən məlumatına görə, təbrik məktubunda deyilir:
"Zati-aliləri,
Azərbaycan Respublikasının milli bayramı – Respublika Günü münasibətilə Sizə səmimi təbriklərimi çatdırmaqdan xüsusi məmnunluq duyuram.
Bu xoş fürsətdən istifadə edərək, Sizə uğurlar, əmin-amanlıq diləyir, Azərbaycan xalqına isə xoşbəxt gələcək arzulayıram".
Həmçinin Koreya Respublikasının Prezidenti Pak Kın Hed, Niderland Kralı Villem-Aleksandr, İrlandiya Prezidenti Maykl Higgins , Filippin Respublikasının Prezidenti III Beniqno Akino da Prezident İlham Əliyevi 28 May - Respublika günü münasibətilə təbrik edib.