<b>ATƏT sədri Dağlıq Qarabağ münaqişəsinə dair bəyanat yaydı</b>
17 may 2016 20:52 (UTC +04:00)

ATƏT sədri Dağlıq Qarabağ münaqişəsinə dair bəyanat yaydı

0

ATƏT-in fəaliyyətdə olan sədri, Almaniyanın XİN rəhbəri Frank-Valter Ştaynmayer  Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair bəyanat yayıb.

 

APA-nın verdiyi məlumata görə, bəyanatda deyilir:  "Qoşunların təmas xəttində vəziyyət gərgin olaraq qalmaqda davam edir. Mən son hadisələr zamanı baş verən insan itkilərinə görə çox təəssüf edirəm. Tərəfləri atəşkəs rejiminə əməl etməyə çağırıram”.

 

“Bu baxımdan, mən Mayın 16-da Ermənistan və Azərbaycan prezidentləri ilə görüş təşkil edən Rusiya Federasiyası, Amerika Birləşmiş Ştatları və Fransadan olan həmkarlarımın - ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin təşəbbüsünü alqışlayıram. Hər iki prezidentin münaqişənin sülh yolu ilə həlli üçün atəşkəsin davam etməsinə dair razılaşmasına və eləcə də iyun ayında danışıqların yeni raundunun keçirilməsinə hazır olduqlarını ifadə etmələrinə görə çox şadam.”

 

Frank-Valter Ştaynmayer qeyd edib ki, Almaniya 2016-cı ildə ATƏT-də sədrliyi dövründə Minsk Qrupu həmsədrlərinin  fəaliyyətini dəstəkləməkdə israrlıdır: "Biz insidentlərin araşdırılması mexanizminin yaradılmasına dair səyləri fəal dəstəkləyəcəyik və mənim şəxsi nümayəndəm, səfir Anjey Kasprşikin komandasının genişləndirilməsi üzərində çalışacağıq”. 

 

“Apreldə təmas xəttində baş vermiş döyüş əməliyyatları, münaqişənin dalandan çıxması üçün səylərin artırılmasının vacib olduğunu bir daha xatırlatdı. Hərtərəfli nizamlanmaya dair danışıqların bərpa olunmasından ötrü əlverişli şəraitin yaradılmasına nail olmaq üçün  atəşkəs rejiminin möhkəmləndirilməsi başlıca məsələdir", deyə  Frank-Valter Ştaynmayer vurğulayıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 551

Oxşar yazılar