ABŞ ekspertləri hərbi biliklərini azərbaycanlı hərbçilərlə bölüşür
17 may 2016 17:22 (UTC +04:00)

ABŞ ekspertləri hərbi biliklərini azərbaycanlı hərbçilərlə bölüşür

0

ABŞ-ın Oklahoma ştatının Qırıcı Aviasiyası Yerüstü və Uçuş Təhlükəsizliyi Proqramı üzrə ekspert qrupu ilə Azərbaycanın Hərbi Hava Qüvvələrinin nümayəndələri arasında aviasiya və yerüstü təhlükəsizlik prosedurlarına dair təcrübə mübadiləsi üzrə tədbir keçirilir. Lent.az Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, tədbir çərçivəsində hərbi aerodromların uçuş-enmə zolağı, aerodromun təhlükəsizliyi və texniki qulluq prosedurları, eləcə də aerodrom ərazisindəki obyektlər və uçuş-enmə zolağının təmiri ilə bağlı tələblər mövzusunda müzakirələr aparılır.

 

Bundan əlavə, qarşılıqlı brifinqlərin təqdim olunması və praktiki nümayişlərin yerinə yetirilməsi də planlaşdırılır.

 

Ekspertlər qrupunun səfəri mayın 20-dək davam edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 436

Oxşar yazılar