[b]Zakir Həsənov gürcüstanlı həmkarı ilə görüşdü[/b]
15 may 2016 12:26 (UTC +04:00)

[b]Zakir Həsənov gürcüstanlı həmkarı ilə görüşdü[/b]

0

Mayın 15-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Gürcüstanın Müdafiə naziri xanım Tinatin Xidaşeli ilə görüşüb.
Lent.az Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşdə müdafiə naziri general-polkovnik Z.Həsənov qonaqları Azərbaycanın qədim diyarı olan Qəbələdə salamlayaraq ölkələrimiz arasında aparılan danışıqların və keçirilən görüşlərin strateji əhəmiyyətini vurğulayıb. Azərbaycan-Gürcüstan hərbi əməkdaşlığının yüksək templə inkişaf etdiyini bildirən general-polkovnik Z.Həsənov bu əlaqələrin daimi olacağını qeyd edib.
Qəbələ şəhərinə ilk dəfə səfərindən məmnunluğunu ifadə edən Gürcüstanın müdafiə naziri yüksək qonaqpərvərliyə görə təşəkkürünü bildirib.
Sonra tərəflər regiondakı hərbi-siyasi vəziyyət və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 269

Oxşar yazılar