“Torpaq icarəsi haqqında” qanunda dəyişiklik edildi
16 fevral 2016 13:12 (UTC +04:00)

“Torpaq icarəsi haqqında” qanunda dəyişiklik edildi

0

Prezident İlham Əliyev “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 12 mart tarixli 116 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında yeni fərman imzalayıb.

 


lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, fərmana əsasən, Konstitusiyanın 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri və “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 24 iyun tarixli 116 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə”  Prezidentin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanının icrası ilə əlaqədar 

“Torpaq icarəsi haqqında” Qanunun tətbiq edilməsi barədə” Prezidentin 1999-cu il 12 mart tarixli 116 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu 1999, № 3, maddə 168; 2001, № 10, maddə 640, № 12, maddə 755; 2003, № 10, maddə 577; 2005, № 11, maddə 1016; 2006, № 7, maddə 590; 2007, № 11, maddə 1110; 2010, № 7, maddə 610; 2014, № 11, maddə 1418) 2-ci hissəsinin dördüncü abzasında “hissəsində” sözü “və altıncı hissələrində” sözləri ilə, “Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi” sözləri “Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri ilə əvəz edilməsinə qərar verilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 423

Oxşar yazılar