Alkoqoliklərin yaxınları intihara daha meylli  olur
04 noyabr 2022 10:15 (UTC +04:00)

Alkoqoliklərin yaxınları intihara daha meylli olur

0

Alkoqolu həddindən artıq istifadə edənlərin yaxınları intihara daha çox meylli olur. 

Lent.az-ın məlumatına görə, bu barədə Kaliforniya Universitetinin alimləri araşdırma aparıb. 
Araşdırma zamanı məlum olub ki, yaxınları, tanışları alkoqolik olan insanlarda intihara cəhd, özünə zərər vurma halları daha yüksəkdir. 

Həmin insanların yaxınlarının içki probleminə görə çox narahatlıq keçirməsi bunun başlıca səbəbidir. 

Belə ki, qohumları, dostları və ya həyat yoldaşlarının alkoqolik olmasından narahat olanların intihara cəhd etmə ehtimalı 3 dəfə, intihar düşüncələri 2.5 dəfə, özünə zərər vurma ehtimalı isə 1.5 dəfə çoxdur. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1927

Oxşar yazılar