650 il əvvəl batan  əfsanəvi şəhər tapılıb
12 iyun 2023 09:28 (UTC +04:00)

650 il əvvəl batan əfsanəvi şəhər tapılıb

0

Alman tədqiqatçıları orta əsrlərə aid Rungholt şəhərinin yerini aşkar ediblər. Əfsanəyə görə, əhalinin günahları səbəbi ilə 1362-ci ildə bir gecədə baş verən fırtına nəticəsində bu şəhər su altında qalıb.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, mütəxəssislər Şimal dənizinin sahilyanı rayonlarının xəritəsini tərtib ediblər.

Sonra dəniz səthinin skan edilməsinin bir sıra müasir üsulları tətbiq edilib. Nəhayət, dənizin dibindən torpaq nümunələri götürülərək tədqiq edilib.

Belə ki, Südfall adasının yaxınlığında orta əsrlərə aid terplər silsiləsi, yəni yaşayış məntəqələrinin süni kurqanları aşkar edilib. Bu tikililərin ümumi uzunluğu təxminən iki kilometr, orta əsr yaşayış məskəninin sahəsi isə təxminən 10 kvadrat kilometr idi. 

Burada ölçüsü 40-15 m arasında dəyişən kilsənin bünövrəsi də tapılıb.

Dini bina ilə yanaşı, arxeoloqlar dənizin dərinliklərində drenaj sistemləri şəbəkəsini, dəniz bəndini və bir neçə kiçik kilsə də daxil olmaqla bir neçə başqa binanın qalıqlarını tapıblar. Mütəxəssislər belə qənaətə gəliblər ki, bunlar həqiqətən də orta əsr Rungholt şəhərinin qalıqlarıdır.

Əslində dəqiq nə baş verdiyi hələ də sirr olaraq qalır. Çox güman ki, güclü tufan bəndi aparıb, şəhəri su basıb. Əfsanəyə gəlincə, burada qəsəbə sakinlərinin, xüsusən də o vaxtkı “qızıl gənclərin” əxlaqsızlığından bəhs edilir. Belə ki, gənclərin əxlaqsızlığı kahini hövsələdən çıxarıb. Din xadimi bu gənclərin cəzası üçün Allaha dua etməyə başlayıb. Ertəsi gün o, özü şəhəri tərk edib və bundan dərhal sonra Rungholtu yer üzündən silən güclü bir tufan qopub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3046

Oxşar yazılar