Əksər kişilər və qadınlar yeni cinsi təcrübələri sınamağa hazırdırlar.
Lent.az xarici mediaya istinadən bildirir ki, bu, Amerikanın “Hims & Hers” teletibb şirkətinin yaydığı 2023-cü ildə cinsi üstünlüklərdəki dəyişikliklər haqqında məlumatlarda qeyd edilib.
Tədqiqatda 18 yaşdan 65 yaşa qədər 3688 insan iştirak edib. Sorğunun nəticələri seksual sahədə bir sıra gözlənilməz tendensiyaları aşkar edib. Şirkətin hesabatında deyilir ki, bədnam “cənnətdə yeddi dəqiqə” artıq yetərli deyil: kişilərin 55 faizinə və qadınların 47 faizinə orqazma nail olmaq üçün 10 dəqiqədən çox vaxt lazımdır. Cinsi əlaqənin orta müddəti 14,3 dəqiqədir.
Qeyd olunur ki, respondentlərin əksəriyyəti cinsi əlaqənin kəmiyyətinə deyil, keyfiyyətinə və müxtəlifliyinə önəm verir. Beləliklə, üçdə ikisi (67 faiz) yeni bir şey sınamaq istədiklərini bildirib. Onların 32 faizi yataqda rol oynamağa razıdır.
Orqazmı saxtalaşdıranların sayı hələ də çoxdur: bu, 47 faizdir.
Sorğu göstərib ki, təkcə qadınlar deyil, kişilər də özlərini yataqda kimi göstərirlər. Güclü cinsin nümayəndələrinin üçdə biri vaxtaşırı saxtakarlıq etdiklərini etiraf edib. Qadınların 15 faizi, kişilərin isə 8 faizi heç vaxt orqazm yaşamayıb.