Serial çəkilişində öpüşmə səhnəsinə  vətəndaşların REAKSİYASI:  Bu günahdır... - VİDEO
20 fevral 2026 15:34 (UTC +04:00)

Serial çəkilişində öpüşmə səhnəsinə vətəndaşların REAKSİYASI: Bu günahdır... - VİDEO

0

Nobel mükafatlı yazıçı Orxan Pamukun eyniadlı romanı əsasında ekranlaşdırılan "Masumiyet Müzesi" serialının çəkilişləri Adanada davam edir.

Lent.az Türkiyə mediasına istinadla xəbər verir ki, çəkiliş prosesini kənardan maraqla izləyən kənd sakinlərinin reaksiyası sosial mediada gündəm olub.

Serialın çəkilişlərini uzaqdan təqib edən bir vətəndaşın öpüşmə səhnəsi zamanı verdiyi reaksiya izləyənləri güldürüb. Görüntülərdə həmin şəxsin yanındakı dostuna müraciətlə:

"Vallah öpüşdülər, Bayram... Günahdır, günah!" - dediyi eşidilir.

Kənd sakinlərinin səmimi reaksiyaları və fondakı gülüşmələr qısa müddətdə sosial şəbəkələrdə sürətlə yayılıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 428

Oxşar yazılar