Müğənni Elvin Nəsib APA TV-də yayımlanan “Söz arasında” verilişində maraqlı fikirlər səsləndirib.
Lent.az xəbər verir ki, sənətçi tez-tez digər ifaçılarla müqayisə olunmasına münasibət bildirib.
“Məni gah Rəhim Rəhimliyə, gah da sevmədiyim Murad Arifə bənzədirlər. Ola bilər, Murad Arifə çəkim oxşayır”.
Müğənninin bu fikirləri sosial şəbəkələrdə müzakirələrə səbəb olub.