Ölkənin yeganə "qanuni oğru"su  Ali Məhkəməyə çıxarılır
04 aprel 2026 19:33 (UTC +04:00)

Ölkənin yeganə "qanuni oğru"su Ali Məhkəməyə çıxarılır

0

Cinayət aləminin nüfuzlu şəxslərindən sayılan Roman Sıçev barəsində açılmış cinayət işinə Tatarıstan Ali Məhkəməsində baxılacaq. Hüquq-mühafizə orqanları Sıçevin Tatarıstanda yeganə “qanuni oğru” olduğunu hesab edir.

Lent.az Rusiya KİV-ə istinadla bildirir ki, Sıçev ötən ilin aprelində saxlanılıb və həbs edilib. Ona qarşı Rusiya Cinayət Məcəlləsinin 159.4-cü maddəsi (xüsusilə külli miqdarda dələduzluq), 163.3-cü maddəsi (xüsusilə külli miqdarda hədə-qorxu ilə pul tələb etmə) və 210.1-ci maddəsi (cinayət iyerarxiyasında yüksək mövqe tutma) ilə ittiham irəli sürülüb. Onu 15 ilə qədər həbs cəzası gözləyir.

İstintaqın versiyasına görə, 2022-ci ilin payızında Kazan sakini Rüstəm Qaripov paytaxtdakı qeyri-qanuni qumar klubunda böyük məbləğdə pul uduzub. İddia olunur ki, bu klub Andrey Şaronov (Şaron), Rafael Safin (Rafa) və Dmitri Fyodorova (Karateist) məxsus olub.

Roman Sıçev

Əvvəlcə Qaripov 1,5 milyon rubl uduzub və borcunu dərhal ödəyib. Bir həftə sonra yenidən kluba qayıdıb, spirtli içki qəbul etdikdən sonra stol arxasında yuxuya gedib. Səhər isə ona guya 8 milyon rubl uduzduğu bildirilib. Klub sahiblərinin təhdidləri səbəbindən Qaripov “Audi A8” avtomobilini 4,5 milyon rubla satıb, qalan 3,5 milyon üçün möhlət istəyərək ümumilikdə 4 milyon qaytaracağına söz verib. Nəticədə onun borcu 8,5 milyon rubla çatıb.

Bu hadisədən Qaripovun tanışı Frol Fomin xəbər tutub və onu Sıçevlə əlaqələndirib. Onların görüşündə də poker oynanılıb. İstintaq hesab edir ki, Sıçev Qaripova kömək edəcəyini və borcun qalan hissəsini 4 milyondan 2 milyona endirəcəyini deyib, əvəzində isə ondan “Land Cruiser Prado”nu satıb üzərinə pul əlavə edərək yeni “BMW X5” almasını istəyib. Qaripov razılaşıb və 5,7 milyon rubla avtomobil alıb.

2023-cü ildə qumar klubu yenidən Qaripovdan borc tələb edib. Qaripov bunu Sıçevə bildirib. İddialara görə, “qanuni oğru” avtomobilin nasaz olduğunu deyərək ondan əlavə 1,3 milyon rubl tələb edib. Daha sonra Fomin də görüş zamanı oynanan pokerin pul üstündə olduğunu iddia edərək Qaripovdan 10 milyon rubl istəyib. Bundan sonra Qaripov polisə müraciət edib.
Sıçev isə ifadə verməkdən imtina edib.

Ötən həftə Kazanın Sovet Rayon Məhkəməsi onun barəsində həbs-qətimkan tədbirini uzadıb. Sıçev aprelin 25-dək həbsdə qalacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 328

Oxşar yazılar