Rusiyaya gedənlər üçün YENİ QAYDALAR
01 sentyabr 2021 09:35 (UTC +04:00)

Rusiyaya gedənlər üçün YENİ QAYDALAR

0

Bu gündən Azərbaycandan Rusiyaya yerinə yetirilən bütün reyslərdə yeni giriş qaydaları qüvvəyə minib.

Lent.az-ın “APA-Economics”ə istinadən məlumatına görə, həmin reyslərlə səyahət edən bütün sərnişinlər smartfonlarına “Puteşestvuyu bez COVID-19” mobil tətbiqini yükləməlidirlər. Tətbiqə pasportun skan olunmuş surətini, habelə COVID-19 üçün PCR testinin nəticəsini yükləmək lazımdır. Tətbiq ödənişsizdir.

Məlumata görə, “Puteşestvuyu bez COVID-19” tətbiqini aşağıdakı keçidlər vasitəsilə yükləyə bilərsiniz:

- “iPhone” üçün: https://apps.apple.com/app/id1541206996

- “Android” smartfonları üçün:

https://play.google.com/store/apps/details?id=com.nocovid19.su&hl=az&gl=US

- “Huawei” smartfonları üçün: https://appgallery.huawei.com/#/app/C104343239

Tətbiqin istifadəsi aşağıda qeyd edilən sərnişinlər üçün məcburi deyildir:

- Rusiya Federasiyasının vətəndaşları üçün;

- Azərbaycan ərazisindən tranzitlə keçən sərnişinlər üçün (Rusiya Federasiyasına yerinə yetirilən bütün marşrut üzrə aviabiletlər və (və ya) minik talonları mövcud olduqda) və ilkin yola düşmə ölkəsində testdən keçmiş olduqda.

- smartfonları olmayan uşaqlar və ya yaşlı əhali qrupu kateqoriyasından olan sərnişinlər QR-kodun təsdiqini onlarla birgə səyahət edən digər sərnişinin smartfonundakı tətbiqdə təqdim edə bilərlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2998

Oxşar yazılar