Zidan Fransa millisinin  baş məşqçisi   OLMAYACAQ
11 dekabr 2022 18:56 (UTC +04:00)

Zidan Fransa millisinin baş məşqçisi OLMAYACAQ

0

Fransa Futbol Federasiyası Zinəddin Zidanı milli komandaya baş məşqçi təyin etmək fikrindən imtina edib.

Lent.az bildirir ki, bu barədə “Le Parisien” məlumat yayıb.

Didye Deşam AVRO-2024-ə qədər daha 2 il Fransa millisini çalışdıracaq.

Deşam 2012-ci ildən Fransa millisinə rəhbərlik edir. 54 yaşlı mütəxəssisin müqaviləsi dünya çempionatının sonuna kimi hesablanıb.

Fransa Deşamın rəhbərliyi altında 2016-cı ildə Avropanın vitse-çempionu, 2018-ci ildə dünya çempionu, 2021-ci ildə Millətlər Liqasının qalibi olub.

Dünya çempionatının yarımfinalında Fransa dekabrın 14-də Mərakeş yığması ilə qarşılaşacaq.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2687

Oxşar yazılar