“Yuventus” gələn mövsüm üçün avrokuboklardan kənarlaşdırıldı
28 iyul 2023 22:23 (UTC +04:00)

“Yuventus” gələn mövsüm üçün avrokuboklardan kənarlaşdırıldı

0

İtaliyanın “Yuventus” klubu 2023-2024-cü illər mövsümü üçün UEFA-nın bayrağı altında keçiriləcək bütün turnirlərdən uzaqlaşdırılıb.

Lent.az xəbər verir ki, Konfrans Liqasında mübarizə aparmalı olan Turin təmsilçisi maliyyə feyr-pley qaydalarını pozduğu üçün bu cəzaya məruz qalıb.

Eyni zamanda, komanda 20 milyon avro məbləğində cərimələnib.

Qeyd edək ki, ötən mövsüm İtaliya A seriyasında 7-ci yeri tutan “Yuventus”un hesabından 10 xal silinmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2362

Oxşar yazılar