"Yuventus" avrokuboklardan  kənarlaşdırıla bilər
25 aprel 2023 14:21 (UTC +04:00)

"Yuventus" avrokuboklardan kənarlaşdırıla bilər

0

UEFA Turin "Yuventus"unu avrokuboklardan kənarlaşdıra bilər.

Lent.az bildirir ki, “La Gazzetta dello Sport”un məlumatına görə, UEFA rəhbərliyin maliyyə fırıldaqlarına görə kluba yeni cəza tətbiq etməyi düşünür.

Xatırladaq ki, daha əvvəl 2018-ci ildə Kriştiano Ronaldonun “Real”a transferi ilə bağlı maliyyə fırıldaqlarına görə "Yuventus"dan 15 xal silinmişdi. Bundan əlavə, hüquq-mühafizə orqanları pandemiya zamanı bir sıra futbolçuların maaşlarının bir hissəsindən imtina etdikdən sonra klub rəhbərliyinin onlarla ayrıca gizli müqavilələr bağladığı və bu müqaviləyə əsasən futbolçuların pul almağa davam etdiyi barədə məlumatla maraqlanıb.

Daha sonra, hər şey nəzərə alınaraq, istintaq rəsmi başa çatana qədər xallar komandaya qaytarılıb.

31 turdan sonra "Yuventus" A Seriyasında 59 xalla üçüncüdür.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2617

Oxşar yazılar