Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun hücumçusu Kriştianu Ronaldo peşəkar futbolçu karyerasını nə qədər davam etdirəcəyini bilmədiyini etiraf edib.
Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, bununla belə, o, 2023/24 mövsümü başa çatdıqdan sonra meydanı tərk edə biləcəyini istisna etmir.
“Bu mövsümün sonunda karyeramı başa vura bilərəm, ya da daha iki-üç il oynaya bilərəm... Düzünü desəm, bilmirəm. Nə qədər ki, ağlım və bədənim yaxşı vəziyyətdədir və futbol oynamaqdan həzz alıram, davam edəcəm”, - futbolçu deyib.
Fevralın 5-də 2016-cı ilin Avropa çempionu və beşqat "Qızıl top"un sahibinin 39 yaşı tamam olacaq. Ronaldonun "Əl-Nəsr"lə hazırkı müqaviləsi 2025-ci ilin iyun ayına qədərdir.