3 güləşçimiz <span style="color:red;">YARIMFİNALDA , Cəbrayılov isə bürünc uğrunda
17 iyun 2015 13:25 (UTC +04:00)

3 güləşçimiz YARIMFİNALDA, Cəbrayılov isə bürünc uğrunda

0

Daha iki güləşçimiz yarımfinala yüksəlib. Lent.az-ın məlumatına görə, 65 kq çəki dərəcəsində olimpiya çempionumuz Toğrul Əsgərov 1/4 final mərhələsində fransız idmançı üzərində təmiz qələbə qazanaraq yarımfinala yüksəlib.

O, ilk mərhələdə rusiyalı İlyas Bekbulatova 8-7 hesabı ilə qalib gələrək 1/8 finala yüksəlib. O, 1/8 final mərhələsində moldovalı Mixail Savanı 10-0 hesabı ilə təmiz qələbə qazanıb.

97 kq çəki dərəcəsində Xetaq Qazyumovda yarımfinala yüksəlib. O, 1/4 final mərhələsində belarus idmançısı İbrahim Sauidinə 3-1 hesabı ilə qalib gələrək yarımfinala adını yazdırıb.

O, ilk mərhəldə  polşalı Radoslav Baranla  qüvvəsini sınayıb. Xetaq qarşılaşmanı 10-0 udaraq vaxtından əvvəl qələbə qazanıb . Xetaq 1/ 8 final mərhələsində moldovalı Nicolai Cebanı 4-0 hesabı ilə qalib gələrək adını 1/4 final mərhəsinə yazıb. 

*****

57 kiloqram çəki dərəcəsində Yaşar Əliyev  yarımfinala yüksəlib. Lent.az-ın məlumatına görə, Yaşar Əliyev 1/4 final mərhələsində erməni Garik Barseghyanı 10-6 hesabı ilə məğlub edərək adını yarımfinala yazdırıb.  

 O,  mübarizəyə 1/8 finaldan başlayıb. Yaşar Əliyev  ilk qarşılaşmasında fransalı Zoheir El Ouarraqeni 9-4 hesabı ilə qalib gəlib. 

 

74 kq çəki dərəcəsində millimizi Cəbrayıl Həsənov təmsil edəcək. Pəhləvanımız Yaşar Əliyev kimi yarışa 1/8 final mərhələsindən başlayıb. O, ilk görüşünü macarıstanlı Mihali Haqi 10-0 hesabı ilə qalib gəlib. Cəbrayıl Həsənov 1/4 final mərhələsində Türkiyə idmançısı Sonər Dəmirtaşa təmiz qələbə ilə uduzub. Dəmirtaş finala vəsiqə qazandığından Cəbrayılov təsəlli verici görüşə çıxıb. O filandiyalı idmaçıya 1-ci periodda 11-0 qalib gələrək təmiz qələbə qazanıb. O, bürünc medal uğrunda görüşə çıxacaq

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 386

Oxşar yazılar