İki qadın güləşçimiz YARIMFİNALDA - YENİLƏNİB
16 iyun 2015 11:41 (UTC +04:00)

İki qadın güləşçimiz YARIMFİNALDA - YENİLƏNİB

0

İrina  Netrabadan sonra 53 kq  çəki dərəcəsində ölkəmizi  Anjela Doroqanda yarımfinala yüksəlib. O,  mübarizəyə 1/8 final mərhələsindən başlayacaq.  O ilk mərhələdə türkiyəli Merve Kengerle qarşılaşıb. Hesab 8:2 Doroqanın xeyrinə başa çatıb.  O, 1/4 finalda Macarıstan idmançısı Mersedes Denisi 5-0 hesabl ilə Doroqanın qələbəsi ilə başa çatıb. Bununla yarımfinala yüksələn idmançımız finala gedən yolda moldovalı Natalia Budu ilə üz-üzə gələcək

 

 

*********

11: 27

58 kq çəki dərəcəsində millimizin üzvü İrina Netraba yarımfinala yüksəlib. Lent.az-ın məlumatına görə,  o, ilk mərhələdə italiyalı  Karola Raynero ilə gücünü yoxlayayıb. Həmvətənlimiz ilk qarşılaşmasını 3-1 hesabı ilə alib gələrək adını 1/8 final mərhələsinə yazdırıb. İrina Netraba 1/8 final qarşılaşmasına bolqarıstanlı Mimi Hırıstova ilə üz-üzə gəlib. Qarşılaşma İrinanın 6-4 qələbəsi ilə başa çatıb. Bununla İrina yarımfinala yüksəlib. 

 

******

10:45

Bu gün qadın güləşçilərin mübarizəsi davam edir.

 

Lent.az-ın məlumatına görə, Avropa Oyunlarının 5-ci günündə 4 qadın güləşçimiz mübarizə aparacaq.

 

63 kq çəki dərəcəsində millimizi Elmira Qəmbərova təmsil edəcək. E. Qəmbərova ilk mərhələdə  Henna Yohanssona ilə üz-üzə gəlib. Millinin üzvü  isveç təmsilçisinə 0-5 hesabı ilə məğlub olub.

 

75 kq çəki dərəcəsində millimizi Gözəl Zutova təmsil edir.  Həmyerlimiz ilk mərhəldə Ukrayna idmançısı Oksana Vaşçuks 1-3 hesabı ilə məğlub olub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 381

Oxşar yazılar